ABŞ Dövlət Departamentinin cümə günü verdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio Kambocanın Baş naziri Hun Manet ilə telefon danışığında Vaşinqtonun Kamboca və Tayland arasında sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib.
Məlumatı “Euronews” verib.
Bununla bağlı bəyanatda deyilir: “Rubio əlavə olaraq ABŞ-ın Kamboca və Tayland arasında sülh və sabitliyin təmin edilməsi üçün danışıqları asanlaşdırmağa hazır olduğunu təsdiqləyib”.
Dövlət Katibi "davam edən zorakılıq"la bağlı narahatlığını ifadə edib: “Rubio Prezident Trampın sülhə sadiqliyini və Kuala Lumpur Sülh Sazişlərinin tam şəkildə həyata keçirilməsinin vacibliyini bir daha vurğulayıb”.
Çərşənbə günü “The Guardian” qəzeti Kamboca və Tayland hakimiyyət orqanlarının sərhəddəki silahlı münaqişəni həll etmək üçün danışıqlara başladığını bildirib .
Tayland Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Surasant Konqsiri bildirib ki, “Banqkok görüşün müsbət nəticələrə gətirib çıxaracağına çox ümid edir”.
P.ƏMİRCANOV
XQ

