Oğuz rayonu ərazisində sakinlərə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, R. Səmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq o, dərhal müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, ruhi xəstə R. Səmədov 2010-cu ildə rayon sakini Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və o, bu əməlinə görə azadlıqdan məhrum edilib. R. Səmədov dəfələrlə xəstəxanada stasionar müalicə alıb.