Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAF Park yaşayış kompleksinin ərazisindəki “Faxralı” restoranında yanğın baş verib. Məlumatı FHN mətbuat xidməti verib.
XQ xəbər verir ki, yanğın nəticəsində restorana bitişik fitnes salonuna da ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib və yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Amma yanğın tam söndürülsə də, obyekt külə dönüb.
P.ƏMİRCANOV
XQ