İngiltərənin paytaxtı Londonda Ukrayna ilə bağlı sammit baş tutub. Tədbirdə Ukraynaya veriləcək təhlükəsizlik zəmanəti və bu ölkədə qalıcı sülhün bərqərar olması kimi məsələlər müzakirə olunub. Məlumatı “Anadolu” verib.
Sammitdə Ukrayna, Almaniya, Danimarka, İspaniya, İtaliya, Hollandiya, Norveç, Polşa, Fransa, Türkiyə, Finlandiya, İsveç, Çexiya və Rumıniyanın hökumət rəhbərləri və nazirləri iştirak ediblər. İştirakçılar arasında NATO-nun baş katibi Mark Rutte, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, AB Şurasının sədri Antonio Kosta, Kanadanın baş naziri Castin Trüdo, prezident Rəcəb Tayyib Ərdoğan adından isə xarici işlər naziri Hakan Fidan olub.
Sammitin iştirakçıları fevralın 28-də Tramp-Zelenski mübahisəsindən sonra ABŞ-ın Ukraynaya dəstəyini və ölkənin təhlükəsizliyinin təmin edilməsində Aİ-nin rolunu da müzakirə ediblər. Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün tədbirlər də nəzərdən keçirdilər.
Leyen çıxışında Avropada silahlanma məsələsini qaldırdığını bildirib.
Böyük Britaniyanın baş naziri Kir Starmer sammitdən əvvəl Ukrayna prezidenti Zelenski ilə ikitərəfli görüş keçirib və yekunda iki ölkə arasında kredit sazişi imzalanıb.
Starmer əlavə edib ki, Ukrayna ilə Fransa, elədə də bir və ya iki başqa ölkə ilə müharibəyə son qoymaq planı üzərində işləmək barədə razılığa gəliblər və bu plan daha sonra ABŞ ilə müzakirə olunacaq.
P.ƏMİRCANOV
XQ