FHN liftdə köməksiz vəziyyətdə qalanları xilas edib

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu ərazisində 1, Yasamal rayonu ərazisində isə 2 ünvanda liftdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub. 

Bu nbarədə nazirliyin mətbiuat xidməti xəbər verib. 

Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər xilas edilib.

P.ƏMİRCANOV
XQ

Hadisə