Marketlərdən oğurluğa cəhd edənlər tutulublar

post-img

İyulun 9-da gecə saat 1 radələrində Zabrat qəsəbəsindəki qorunan marketlərin birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, 1994-cü il təvəllüdlü N.Teymurlunun həmin marketdə işlədiyi müəyyən edilib. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil verilib.

Səbail rayonu ərazisindəki marketlərdən birində də oğurluğa cəhd olub. 350 manat dəyərində geyim əşyalarını marketdən oğurlamağa cəhd göstərən qadın 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə