Prezidentin köməkçisi: Ölkəmizdə seçki dairələri üzrə seçicilərin sayı xeyli artıb

post-img

Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətlə maraqlanmışıq. Komissiyaların binaları hər cür lazımi şəraitlə təmin olunmalıdır.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün iyulun 10-da MSK-da keçirilən müşavirədə deyib.

Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əvvəlcə 26 seçki məntəqəsi olduğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb.

PA rəsmisi seçki komissiyalarının rəhbərlərinə tövsiyə edib ki, hər hansı mənfi hallar aşkarlandığı halda müvafiq ünvanlara müraciət etsinlər.

“Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayı xeyli artıb. Avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq.

Z.Nagdəliyev, həmçinin deyib ki, seçkilərədək siyahını dürüstləşdirmək vacibdir.

Siyasət