Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb

post-img

Qaxda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin üç üzvü ölüb.

AZƏRTAC xəbər verir ki, hadisədə yeddi nəfər xəsarət alıb.

Qaxdan Şəki istiqamətinə hərəkətdə olan Şəki rayon Cəfərabad kənd sakini, 35 yaşlı Həbib Qurbanovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili “Ford” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Baş vermiş ağır qəza nəticəsində “VAZ 21015” markalı avtomobilin sürücüsü və onun anası, 62 yaşlı Gülnarə Qurbanova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan daha bir sərnişin, sürücünün həyat yoldaşı, 35 yaşlı Aygün Qurbanova isə aldığı ağır xəsarətlərdən Qax Rayon Mərkəzi Xəstəxanasına çatdıqdan bir qədər sonra dünyasını dəyişib.

Sükan arxasında sıxılıb qalan VAZ-ın sürücüsünün meyiti FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıllardan dördü azyaşlıdır.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisə