Qəbələdə və Xətaidə yanğınlar söndürülüb

post-img

Qəbələ şəhərində bir dam altında tikilən ümumi sahəsi 455 m² olan 13 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 140 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib.    

Məlumata görə, sexin qalan hissəsi və içərisində olan 2 ədəd avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xətai rayonunda isə ümumi sahəsi 40 m² olan kafenin manqalxanasının yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları yanıb. Yüksək temperaturdan kafenin lambirdən ibarət tavanı 30 m² sahədə qismən əriyib. Kafenin qalan hisəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

P.ƏMİRCANOV
XQ

Hadisə