Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Bədirov müəyyən olunaraq saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib.
Bundan əlavə, mayın 4-də Nəsimi rayonu ərazisində yerləşən parkların birində iki nəfər şəxsin içərisində mobil telefonları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən F.Soltanov saxlanılıb. Onun müxtəlif vaxtlarda rayon ərazisində daha bir nəfər şəxsin mobil telefonunu, digər şəxsin isə velosipedini oğurlaması da müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ