Liftdə qalmış 3 nəfər xilas edilib

post-img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. Xəbəri FHN mətbuat xidməti verib. 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində biri uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.

P.ƏMİRCANOV
XQ

Hadisə