Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsindəki mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Xəbəri FHN mətbuat xidməti yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğının bir-birinə bitişik ticarət obyektlərində baş verdiyi və genişlənərək digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənib digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşlara məxsus ümumi sahəsi 40 kv.m olan mağazanın içərisində olan mallar və digər mağazanın yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanıb. Bitişik tikilən digər ticarət obyektləri yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.
P.ƏMİRCANOV
XQ