Sabunçu və Nərimanov rayonlarında oğurluq olub

post-img

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 2 evdən ümumi dəyəri 2600 manatdan artıq olan tikinti materialları və elektrik naqili oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Ağayev müəyyən olunaraq saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib.

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən R.Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Hadisə