“Binə” Ticarət Mərkəzində yanğın söndürülüb

post-img

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində yanğınla bağlı əlavə məlumat yayıb. 

Məlumata görə, havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğınsöndürənlərin operativ müdaxiləsi və peşəkarlığı sayəsində ticarət mərkəzində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 250 kv.m olan anbarın içərisinə yığılmış parça materialları 50 kv.m sahədə və bitişik yerləşən, sahəsi 250 kv.m olan anbarın içərisinə yığılmış parça materialları 10 kv.m sahədə yanıb.

Anbarlar, içərisində olan digər parça materialları və obyektlər yanğından mühafizə edilib.

P.ƏMİRCANOV
XQ

Hadisə