21 il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayəti açılıb

post-img

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Prokurorluğu,  eləcə də Kəngərli rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adamöldürmə cinayətinin üstü açılıb. Məlumçatı DİN mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini, 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri, 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovu baş nahiyəsindən daşla zərbələr endirərək  qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub.

Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.
Faktla bağlı Kəngərli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə