Fevralın 26-də Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib.
Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması(ASAP) tərəfindən təşkil olunan məlumatlandırıcı aksiyada mərkəzin rəhbərliyi və tələbələri paytaxt sakinlərinə və şəhərin qonaqlarına Xocalı soyqırımına dair bukletlər paylayıblar. Bukletlərdə Xocalı soyqırımının səbəbləri, erməni vandalizminin acı nəticələri, eləcə də amansız qətliamla bağlı statistik məlumatlar əksini tapıb.
Aksiyanın əsas məqsədi Xocalı soyqırımının insanlığa qarşı qatı cinayət olduğunu gürcü ictimaiyyətinin və əcnəbilərin diqqətinə çatdırmaq olub.
P.ƏMİRCANOV
XQ