Baş Prokurorluq: Şəxsin partlayış nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

post-img

Fevralın 10-da saat 10:00 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Fizuli oğlu sağ əlindən xəsarət alıb.

Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, məsələ ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə