Yasamal rayonunda tavanın uçması nəticəsində üç nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır-VİDEO

post-img

Yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.

Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.






Hadisə