Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

post-img

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 37 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Həmin gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 4 ədəd qumbara, 3 alışdırıcı, 19 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və  715 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

P.ƏMİRCANOV
XQ

Hadisə