Nəsimi rayonu ərazisindəki restoranlardan birində Bakı şəhər sakini olan bir nəfərin gödəkçəsinin cibindən 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Onun dekabrın 9-da Səbail rayonu ərazisində yerləşən restoranda daha bir nəfərin cibindən 230 manatını oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ