Lənkəranda 38 yaşlı kişi tikintidə hündürlükdən yıxılıb

post-img

Lənkəranda tikintidə işləyən fəhlə hündürlükdən yıxılıb.

 Bakı şəhər Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 1985-ci il təvəllüdlü Rəşid İdris oğlu Şahbudaqov işlədiyi tikintidə hündürlükdən yıxılaraq, ağır bədən xəsarətləri alıb. R.Şahbudaqov təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir və hər iki bilək nahiyəsinin sınığı, göz orbitinin hematoması, sifətin siyrilmiş yarası, döş və qarın boşluğunun küt travması diaqnozu qoyub.

Fakt üzrə araşdırma aparılır.

Hadisə