Ötən gün ölkə ərazisində nə qədər cinayətin üstü açılıb?

post-img

Noyabrın 9-da daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılmasını təmin ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XQ-ə bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Hadisə