“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 8-2.5-ci, 8-2.6-cı (hər iki halda) və 8-2.7-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin ikinci cümləsində, 8-2.5-ci, 8-2.6-cı (ikinci halda) və 8-2.7-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 8-2.4-cü maddəsinin birinci cümləsində, 8-2.6-cı (birinci halda) və 8-2.7-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzərdə tutulur;
1.4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.2.1. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 8-2.2-ci maddəsinin birinci cümləsinə, 8-2.4-cü maddəsinin ikinci cümləsinə, 8-2.5-ci və 8-2.6-cı maddələrinə uyğun olaraq, kazino oyunlarının təşkili və keçirilməsi üçün xüsusi ayrılan yerlərə dair tələbləri, kazino oyunlarının təşkili üçün lisenziya verilməsinin şərtlərini (tələblərini), kazino oyunlarının təşkili və keçirilməsi qaydasını, habelə kazino oyunlarının operatoruna dair tələbləri;
2.2.2. həmin Qanunun 8-2.7-ci maddəsinə uyğun olaraq, kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət qaydasını;
2.3. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I); 2024, № 7, maddələr 788, 806, № 8, maddə 950; 2025, № 5, maddə 450) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.3.6-cı yarımbənddən “həyata keçirir” sözləri çıxarılsın;
4.2. aşağıdakı məzmunda 2.3.7-ci yarımbənd əlavə edilsin:
“2.3.7. həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir.”;
4.3. 2.7-ci bənddən “isə” sözü çıxarılsın və həmin bəndə “Nəqliyyat Nazirliyi” sözlərindən sonra “, həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
5. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841 (Cild I); 2024, № 8, maddə 938, № 12 (II kitab), maddə 1373) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3-cü hissədə “156” rəqəmləri “165” rəqəmləri ilə, “68” rəqəmləri “77” rəqəmləri ilə əvəz edilsin;
5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə” üzrə:
5.2.1. 2.0.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
5.2.2. aşağıdakı məzmunda 2.0.7-ci, 2.0.8-ci və 3.0.30-8–3.0.30-10-cu yarımbəndlər əlavə edilsin:
“2.0.7. qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya vermək, lisenziya şərtlərinə riayət olunmasına nəzarət etmək;
2.0.8. kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət etmək.”;
“3.0.30-8. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kazino oyunlarının təşkili üçün lisenziya vermək, lisenziya şərtlərinə riayət olunmasına nəzarət etmək;
3.0.30-9. qanunla müəyyən edilmiş hallarda və qaydada lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müəyyən etmək, lisenziya müqaviləsi bağlamaq;
3.0.30-10. qanuna uyğun olaraq kazino oyunlarının keçirilməsi üçün kazino oyunları operatorunun cəlb edilməsinə dair müqavilələrin bağlanılmasına razılıq vermək;”.
6. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (I kitab), maddə 656) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.1-ci bənddə “və 9-cu maddəsində” sözləri “, 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 8-2.5-ci, 8-2.6-cı (hər iki halda), 8-2.7-ci (hər iki halda) və 9-cu maddələrində” sözləri ilə əvəz edilsin;
6.2. 1.2-ci bəndə “6.3-cü” sözlərindən sonra “, 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin ikinci cümləsində, 8-2.5-ci, 8-2.6-cı (ikinci halda), 8-2.7-ci (birinci halda)” sözləri əlavə edilsin;
6.3. 1.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:
“1.7. həmin Qanunun 8-2.4-cü maddəsinin birinci cümləsində, 8-2.6-cı (birinci halda) və 8-2.7-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyul 2025-ci il