Polis ikitəkərli nəqliyyat sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

post-img

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN verib. 

Tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah edilərək qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükələr yaratdığı diqqətə çatdırılır.

Bu cür neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

P.ƏMİRCANOV
XQ

Sosial həyat