Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü, 1.1.6-cı, 4.1-ci (hər iki halda), 4.2-ci, 4.7-ci (hər iki halda), 6.1.14-cü, 7.1.9-cu (hər üç halda), 7.1.10-cu (hər iki halda), 7.1.11-ci (hər üç halda), 7.1.13–7.1.15-ci, 9.1.9-cu, 10.2-ci, 10.7-ci maddələrində, 11.9-cu və 11.13-cü maddələrinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.3-cü, 12.4-cü maddələrində, 12.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.1-ci maddəsinin birinci abzasında, 13.2–13.6-cı, 13.7-ci (hər iki halda), 13.8-ci maddələrində, 13.15-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.16-cı maddəsinin ikinci cümləsində, 13.17-ci maddəsinin birinci və ikinci cümlələrində, 14.2.1-ci, 14.4–14.7-ci maddələrində, 14.8-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.2.1-ci, 15.2.2-ci maddələrində, 15.4-cü maddəsinin birinci cümləsində, 15.5-ci, 15.8-ci (hər iki halda), 15.9-cu (hər iki halda) maddələrində, 15.10-cu maddəsinin birinci və ikinci cümlələrində, 15.11-ci, 15.14-cü, 15.15-ci, 15.19-cu maddələrində, 17.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 17.3.3-cü, 17.4-cü, 17.6-cı, 17.7.2-ci, 18.1–18.3-cü maddələrində, 18.5-ci maddəsinin birinci cümləsində, 18.6-cı maddəsinin birinci (hər iki halda), ikinci və üçüncü cümlələrində, 19.1–19.4-cü, 21.1-ci (hər üç halda), 21.4-cü maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində, 22.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 22.4-cü, 23.1-ci, 23.3-cü, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü (hər iki halda), 24.5-ci (hər üç halda), 24.6-cı (hər üç halda), 24.8-ci maddələrində, 24.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 24.10-cu (hər iki halda), 24.11-ci, 24.12-ci (hər üç halda), 25.1-ci, 25.2-ci (hər iki halda), 25.3-cü (hər üç halda), 25.4-cü, 26.1.3-cü, 27.1-ci, 27.2-ci (hər iki halda), 27.3-cü maddələrində, 27.7-ci maddəsinin birinci və üçüncü cümlələrində, 28.1.3-cü, 28.1.4-cü, 29.1–29.3-cü, 30.3-cü (hər iki halda) maddələrində və 30.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.7-ci (hər iki halda), 6.1.14-cü, 12.2-ci (ikinci halda), 12.4-cü maddələrində, 13.16-cı maddəsinin ikinci cümləsində, 14.4-cü maddəsində, 14.8-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.4-cü maddəsinin birinci cümləsində, 15.10-cu maddəsinin birinci və ikinci cümlələrində, 15.11-ci maddəsində, 17.1-ci maddəsinin ikinci cümləsində, 17.3.3-cü, 17.4-cü, 17.7.2-ci, 19.1-ci, 21.1-ci (ikinci halda) maddələrində, 22.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 24.2-ci (birinci halda), 24.6-cı (birinci halda), 24.8-ci və 29.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 7.1.10-cu (birinci halda), 7.1.11-ci (birinci halda), 15.8-ci (birinci halda), 15.9-cu (birinci halda), 15.19-cu, 17.6-cı, 25.1-ci, 25.2-ci (birinci halda), 25.3-cü (birinci və ikinci hallarda) və 25.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 12.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.1-ci maddəsinin birinci abzasında, 13.2–13.6-cı, 13.7-ci (hər iki halda), 13.8-ci maddələrində, 13.15-ci maddəsinin ikinci cümləsində, 13.17-ci maddəsinin ikinci cümləsində, 22.4-cü və 23.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 1.1.3-cü, 1.1.6-cı, 4.1-ci (hər iki halda), 4.2-ci, 7.1.9-cu (hər üç halda), 7.1.10-cu (ikinci halda), 7.1.11-ci (ikinci və üçüncü hallarda), 7.1.13–7.1.15-ci, 9.1.9-cu, 10.2-ci, 10.7-ci maddələrində, 11.9-cu və 11.13-cü maddələrinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (birinci halda), 12.3-cü, 14.2.1-ci, 14.5–14.7-ci, 15.2.1-ci, 15.2.2-ci, 15.5-ci, 15.8-ci (ikinci halda), 15.9-cu (ikinci halda), 15.14-cü, 15.15-ci maddələrində, 17.1-ci maddəsinin birinci cümləsində, 18.1–18.3-cü maddələrində, 18.5-ci maddəsinin birinci cümləsində, 18.6-cı maddəsinin birinci (hər iki halda), ikinci və üçüncü cümlələrində, 19.2–19.4-cü, 21.1-ci (birinci və üçüncü hallarda), 21.4-cü maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində, 22.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 23.1-ci, 24.2-ci (ikinci halda), 24.3-cü, 24.4-cü (hər iki halda), 24.5-ci (hər üç halda), 24.6-cı (ikinci və üçüncü hallarda), 24.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 24.10-cu (hər iki halda), 24.11-ci, 24.12-ci (hər üç halda), 25.2-ci (ikinci halda), 25.3-cü (üçüncü halda), 26.1.3-cü, 27.1-ci, 27.2-ci (hər iki halda), 27.3-cü maddələrində, 27.7-ci maddəsinin birinci və üçüncü cümlələrində, 28.1.3-cü, 28.1.4-cü, 29.2-ci, 29.3-cü, 30.3-cü (hər iki halda) maddələrində və 30.4-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 13.15-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;

1.7. həmin Qanunun 13.17-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, təmsilçilik ofisi rəhbərlərinin, daimi nümayəndələrinin və nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. iki ay müddətində:

3.1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsinə uyğun olaraq, fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələrinin verilməsi ilə bağlı vəsiqənin nümunəsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. həmin Qanunun 17.1-ci maddəsinin ikinci cümləsinə və 17.4-cü maddəsinə uyğun olaraq, diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. həmin Qanunun 12.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, həmin Qanunun 13.15-ci maddəsində nəzərdə tutulan dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinin və onların (aparatlarının) işçilərinin dövlət məvacibinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.4. həmin Qanunun 13.15-ci maddəsinə uyğun olaraq, həmin maddədə nəzərdə tutulan dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən diplomatik nümayəndəliklərdə və konsulluqlarda vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının xidməti vəsiqəsinin nümunəsini iki ay müddətində təsdiq etsin;

4.2. həmin Qanundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 587 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 17 iyun tarixli 77 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1965 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 53 (Cild I) 1-ci və 2-ci hissələri ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2025-ci il 

Fərmanlar