“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.3.12-ci (ikinci halda), 11.1.4.13-cü (ikinci halda), 11.1.5.5-ci (ikinci halda) və 11.1.6.2-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, həmçinin 11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və 11.1.4.5-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Qanunun 11.1.1.2-ci və 11.1.2.7-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi ‒ Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi həyata keçirir;
1.4. həmin Qanunun 11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və 11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti, 11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə (şöbə) rəhbərinə münasibətdə) və 11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini isə həmçinin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti həyata keçirirlər;
1.5. həmin Qanunun 11.1.3.12-ci (birinci halda), 11.1.4.13-cü (birinci halda), 11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci halda) və 11.1.6.2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.6. həmin Qanunun 11.1.3.14-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;
1.7. həmin Qanunun 11.1.5.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) həyata keçirirlər;
1.8. həmin Qanunun 11.1.5.11-ci (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) və 11.1.7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.9. həmin Qanunun 11.1.6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.10. həmin Qanunun 11.1.6.5-ci və 11.1.7.3-cü maddələrində nəzərdə tutulmuş:
1.10.1 müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri həyata keçirirlər;
1.10.2. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;
1.11. həmin Qanunun 11.1.7.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;
1.12. həmin Qanunun 11.1.8.1-ci maddəsində nəzərdə tutulmuş:
1.12.1. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.12.2. müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar həyata keçirirlər;
1.12.3. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;
1.12.4. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;
1.13. həmin Qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş:
1.13.1. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında olan orqanlar həyata keçirirlər;
1.13.2. ikinci halda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 may tarixli 74 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə “11.1.5.2-1-ci (ikinci halda), 11.1.6.1-1-ci” sözləri “11.1.3.12-ci (ikinci halda), 11.1.4.13-cü (ikinci halda), 11.1.5.5-ci (ikinci halda), 11.1.6.2-ci” sözləri ilə əvəz edilsin;
3.2. 3.2-ci bənddə “11.4-cü maddəsinin ikinci hissəsində” sözləri “11.3-cü maddəsində” sözləri ilə, “11.1.1.1-ci, 11.1.2.1-ci, 11.1.3.2-ci və 11.1.4.3-cü” sözləri “11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və 11.1.4.5-ci” sözləri ilə əvəz edilsin;
3.3. 3.5-ci bənddə “11.1.1.1-ci, 11.1.2.2-ci, 11.1.3.3-cü və 11.1.4.2-ci” sözləri “11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və 11.1.4.4-cü” sözləri ilə, “11.1.1.1-ci, 11.1.2.2-ci (müavinə və bölmə rəhbərlərinə münasibətdə) və 11.1.4.2-ci” sözləri “11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə (şöbə) rəhbərinə münasibətdə) və 11.1.4.4-cü” sözləri ilə əvəz edilsin;
3.4. 3.9.2-ci yarımbənddə və 3.22-2-ci bənddə “avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri” sözləri “olan orqanlar” sözləri ilə əvəz edilsin;
3.5. 3.10-cu bənddə “11.1.1.1-ci və 11.1.2.1-ci” sözləri “11.1.1.2-ci və 11.1.2.7-ci” sözləri ilə əvəz edilsin;
3.6. 3.11-ci bənd ləğv edilsin;
3.7. 3.12-ci bənddə “11.1.3.7-ci” sözləri “11.1.3.14-cü” sözləri ilə əvəz edilsin;
3.8. 3.12-1-ci bənddə “11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci” sözləri “11.1.3.12-ci (birinci halda), 11.1.4.13-cü (birinci halda), 11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci halda) və 11.1.6.2-ci” sözləri ilə əvəz edilsin;
3.9. 3.13-cü bənddə “11.1.5.4-cü” sözləri “11.1.5.11-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “və 11.1.8.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının” sözləri çıxarılsın;
3.10. 3.14-cü bənddə “11.1.6.2-ci” sözləri “11.1.6.3-cü” sözləri ilə əvəz edilsin;
3.11. 3.15-ci bəndin birinci abzasında “11.1.6.4-cü” sözləri “11.1.6.5-ci” sözləri ilə əvəz edilsin;
3.12. 3.18-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.18. həmin Qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş:
3.18.1. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında olan orqanlar həyata keçirirlər;
3.18.2. ikinci halda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”;
3.13. 3.22-4-cü bəndə “Qanunun” sözündən sonra “11.1.5.7-ci maddəsində,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il