Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 405-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151,157) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bəndə “395.1-1,” rəqəmlərindən sonra “405-1.2,” rəqəmləri əlavə edilsin;

3.2. 4.24-cü, 4.31-ci, 4.34-1-ci, 4.36-cı, 4.41-ci, 4.43-1-ci, 4.45-ci, 5.6-2-ci, 5.18-ci, 5.18-1-ci, 5.19-cu, 5.21-ci, 5.22-ci, 5.41-ci, 5.44-cü, 5.45-ci və 5.51-ci bəndlərdən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 4.31-1-ci bənd əlavə edilsin:

“4.31-1. həmin Məcəllənin 405-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

3.4. 4.48-1-ci bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” və “ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti,” sözləri çıxarılsın;

3.5. 5.46-cı bəndə “Məcəllənin” sözündən sonra “405-1,” rəqəmləri, “449-1,” rəqəmlərindən sonra “451-1,” rəqəmləri əlavə edilsin və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın.

4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I) 2.6-cı bəndindən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” və “və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. birinci abzasdan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

5.2. 6.0-cı bəndə “430.1” rəqəmlərindən əvvəl “405-1,” rəqəmləri, “449-1,” rəqəmlərindən sonra “451-1,” rəqəmləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 77 nömrəli və 12 iyun tarixli 99 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.1. Xidmətin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar, habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumu Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2024-cü il

Fərmanlar