“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1014-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1014-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118; 2023, № 1, maddə 51, № 3, maddə 351, № 7, maddə 931) 1.2.1-ci və 1.4.1-ci yarımbəndlərinə “müəssisələrində” sözündən sonra “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1791; 2020, № 8, maddə 1039) ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”nin 2.2.12-ci yarımbəndinə “müəssisələrində” sözündən sonra “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; 2022, № 12, maddə 1448; 2023, № 2, maddə 219, № 7, maddələr 935, 974) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 9.11-ci bəndində “dövlət uşaq müəssisələrinin” sözləri “uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; 2022, № 4, maddələr 323, 329; 2023, № 4, maddə 493, № 7, maddə 936) ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1.13-cü yarımbəndində “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə əvəz edilsin.
5. “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1352) 4.1-ci bəndində “və təhsil müəssisələrinin valideynlərini itirmiş və” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946; 2022, № 5, maddə 534; 2023, № 3, maddə 391, № 4, maddə 534, № 6, maddə 810, № 7, maddə 1018) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı” hissəsinin 5.3.1-ci yarımbəndinə “müəssisələrinin” sözündən sonra “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1218) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 6.1.3.1-ci və 6.1.3.4.1-ci yarımbəndlərdə “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə əvəz edilsin;
7.2. 6.1.3.2.2-ci və 6.1.3.3.2-ci yarımbəndlərdə “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;
7.3. 8.3.2-ci yarımbənd üzrə:
7.3.1. “Tədbirin adı” sütununda “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;
7.3.2. “ilkin nəticələr” sütununda “və təhsil müəssisələrinin valideynlərini itirmiş və” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə, “yekun nəticələr” sütununda “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2023-cü il