Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi süni intellekt və böyük verilənlər sahəsindəki ən son yenilikləri müzakirə etmək, bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək, akademik, sənaye və dövlət sektoru arasında əlaqələrin möhkəmləndirməkdir.
ADA Universitetində keçirilən forumda Kolumbiya Universiteti, Florida Texnologiya İnstitutu, Nyu-York Universiteti və Tallin Texnologiya Universitetinin nüfuzlu professorları iştirak edirlər.
Tədbirin rəsmi açılışından sonra “Neurotime” şirkətinin baş direktoru Vüqar Cavadov və həmtəsisçisi Samir Rüstəmov “Akademiya və sənayenin qovşağında süni intellekt” mövzusunda təqdimatla çıxış ediblər.
Forumda sahənin tanınmış şirkət rəhbərləri də iştirak edirlər.
Tədbir panel müzakirələrlə davam edəcək.