Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi kompleksinin tikintisi ilə bağlı müsabiqə elan edilib.
“Xalq qəzeti”nə verilən məlumata görə, satınalmanı "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" publik hüquqi şəxs həyata keçirir.
Müsabiqə çərçivəsində Naxçıvan şəhəri, Kazım Talıblı küçəsində inşa ediləcək kompleksin tikinti işləri üçün ehtimal olunan qiymət 12.829.949,34 AZN olaraq müəyyən edilib.