Magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, test tapşırıqlarının izahları isə gün ərzində Mərkəzin internet saytına yerləşdiriləcək.
Xatırladaq ki, imtahanın nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.