Nazir: 2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir

post-img

2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, universitetdə ali təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə fəaliyyət nəzərdə tutulur: “Qarabağ Universitetində təxminən 10-12 fakültə fəaliyyət göstərəcək. Ümumilikdə 10 minə yaxın tələbə və tədqiqatçının universitetdə təhsil alması planlaşdırılır. Həmçinin ali məktəbdə Tibb fakültəsinin yaradılması nəzərdə tutulur”.

Elm