Görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunan kitab sərgisi təqdim edilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Aida İmanquliyeva - 85” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, sərgi görkəmli şərqşünas-alim Aida İmanquliyevanın anadan olmasının 85 illiyi münasibətilə təşkil edilib.

MEK-in direktoru Hüseyn Hüseynov, alimlər, ictimaiyyət nümayəndələri, kitabxana oxucuları ilk qadın azərbaycanlı ərəbşünas-alim, elmlər doktoru, professor Aida xanım İmanquliyevanın zəngin elmi yaradıcılığını, pedaqoji fəaliyyətini əks etdirən ədəbiyyatlara baxıblar.

Sərgidə alimin “Yeni ərəb ədəbiyyatı korifeyləri”, “Cübran Xəlil Cübran”, “Novruz Şərq ölkələrində”, “Mixail Nuayme və Qələmlər birliyi” əsərləri, onun haqqında qələmə alınan “Dünya deyilən sənmişsən...”, “Aida İmanquliyeva yaradıcılığının izi ilə. Şərq ruhunun Qərb həyatı”, “Ölməzliyə aparan yol”, “Şərq və Qərb ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” kitabları və digər dəyərli nəşrlər yer alıb.

Qərb və Şərq elmi-mədəni əlaqələrinin sintezinin yer aldığı ənənəvi sərgi Azərbaycan və xarici dillərdə təqdim edilir.







Elm