Laçın rayonunun Qorçu kəndi ərazisində 17 min 200 ədəd ağac (göyrüş, vələs, fıstıq, akasiya) əkilib və bu istiqamətdə işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov Laçın şəhərində keçirilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında söyləyib.
Onun sözlərinə görə, kənd ərazisində, ümumilikdə, 366 min 630 ağacın əkilməsi nəzərdə tutulub.