Bu gündən “Nobel həftəsi” başlayır

post-img

AZƏRTAC “nobelprize.org” saytına istinadla xəbər verir ki, oktyabrın 7-də fiziologiya və ya tibb üzrə qalibin adı elan ediləcək.

Oktyabrın 8-də fizika, 9-da kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 10-da bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Elm