Britaniya Baş nazirinin aparat rəhbəri istefa verib

post-img

Böyük Britaniyanın Baş naziri Kir Starmerin aparat rəhbəri Syu Qrey vəzifəsindən istefa verib.

AZƏRTAC xəbər verir ki, S.Qrey istefa qərarını vəzifəsi ətrafında yaranan intensiv şərhlərin diqqəti yayındırma riski ilə izah edib. O, Baş nazirin regionlar və millətlər üzrə nümayəndəsi kimi yeni vəzifəni qəbul edəcəyini açıqlayıb. Kir Starmerin hazırkı baş müşaviri Morqan Maksvinni isə onun yerinə aparat rəhbəri təyin olunacaq.

Xatırladaq ki, bu yaxınlarda Syu Qreyin aparat rəhbəri kimi illik maaşının 170 min funt sterlinq olduğu ortaya çıxıb. Həmin məbləğ Baş nazir Kir Starmerin maaşından 3 min funt çoxdur və bu, narazılıqlara səbəb olub. Xüsusilə də əməkhaqqı azalmalarını qəbul etməyə məcbur olan digər hökumət müşavirləri arasında Qreyin maaşı narahatlıq doğurmuşdu.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri 

London

Dünya