Goranboy rayonunda Cüdo idman növü üzrə Beynəlxalq turnir keçirilmişdir.
04-06 oktyabr 2024-cü il tarixlərdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Cüdo Federasiyası, Goranboy Rayon İcra Hakimiyyəti və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Goranboy OİK-in cüdo arenasında baş tutan Beynəlxalq turnirdə Azərbaycan, Serbiya, Türkiyə, Luksemburq, Küveyt, Estoniya, Latviya ölkələrindən yığma komandalar, UGİM-lər və klublar olmaqla 600-ə yaxın cüdoçu müxtəlif çəki dərəcələri üzrə iştirak edərək öz güclərini sınamışlar.
Yarışın rəsmi açılışındsa Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyev və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Türkiyə Cumhiriyyəti Gəncə Başkonsolosluğunun vitse-prezidenti Yigit Soyal və digər fəxri qonaqlar iştirak etmişlər. Çıxış edən natiqlər ölkəmizdə bu sahədə atılan addımlar, idman sahəsində aparılan uğurlu siyasət və inkişaf barədə tədbir iştirakçılarına geniş məlumat vermişlər. Onlar Azərbaycanın dünya dövlətləri arasında idman ölkəsi kimi tanınması və bütün idman növlərinin inkişafı üçün lazımı şəraitin yaradıldığını dilə gətirmuşlər. Bu sürətli inkişafın Ölkə Başçısı cənab İlham Əliyevin bütün sahələrlə yanaşı idman sahəsində də göstərmiş olduğu diqqət və qayğının nəticəsi olduğunu bildirmişlər.
Tədbirin sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar təşkilat komitəsinin kubok, diplom və medalları ilə mükafatlandırılmışlar.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Goranboy rayonu