Sentyabrın 16-dan Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəlməyə başlayıblar.
Qarabağ Universitetindən AZƏRTAC-a bildirilib ki, tələbələrin universitetin nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.
Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub.
Tələbələrin Xankəndiyə gəlişi prosesi mərhələli şəkildə sentyabrın 22-dək davam edəcək.