DİM rəhbəri: Süni intellektlə bağlı hadisələrin sonrakı inkişafı bizim özümüzdən asılıdır

post-img

Hazırda biz özünü öyrətmə xüsusiyyətinə malik olan intellektin nümunəsini görürük – bu çat “GPT”dir. Çat “GPT” XXI əsrdə hər bir savadlı insanın istifadə etdiyi bir alətdir. Demək olar ki, bu gələcəkdən XXI əsrin insanlarına göndərilmiş bir səfirdir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində söyləyib. “Hadisələrin bundan sonrakı inkişafı bizim özümüzdən asılıdır: ya biz süni intellektin sayəsində öz üzərimizdə çalışaraq daha da inkişaf edəcəyik, yaxud da süni intellekt tərəfindən idarə olunan, müstəqil və şüurlu şəkildə hər hansı bir fəaliyyət göstərməyi bacarmayan insanlara çevriləcəyik”, - deyə Məleykə Abbaszadə bildirib.

Elm