Eşqi Bağırov: Müəllimlərin təkrar sertifikasiya imtahanı ilə bağlı apellyasiya nəticələri gələn həftə açıqlanacaq

post-img

İyunun 8-də keçirilən müəllimlərin təkrar sertifikasiya imtahanının apellyasiya müraciətləri başa çatıb. 1000-dən artıq müəllim apellyasiya müraciəti edib.

Bunu AZƏRTAC-a açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, müraciətlər emal mərhələsindədir. Eşqi Bağırov qeyd edib ki, apellyasiya müraciətlərinə baxılmasının nəticələri növbəti həftənin ilk günlərində açıqlanacaq.

Elm