Milli Kitabxanada “Akademik Məmməd Arif Dadaşzadə-120” sərgisi açılıb

post-img

Azərbaycan Milli Kitabxanası görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyi ilə əlaqədar geniş kitab sərgisi hazırlayıb.

Kitabxanadan XQ-yə bildirilib ki, sərgidə alimin həyat yolu və yaradıcılığı haqqında kitablar yer alır.

Həmçinin onun ədəbi irsi, ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, ali məktəblər üçün dərs vəsaitləri, redaktoru olduğu kitablar, dünya ədəbiyyatından tərcümələri Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək. 

 

Anar ƏLİ

XQ

 

Elm