Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “AİESEC günü” adlı infostend təşkil olunub. Universitetin Karyera və kommunikasiya şöbəsi və “AİESEC Azərbaycan”ın təşkilatı dəstəyi ilə baş tutan mərasimdə ali təhsil müəssisəsinin tələbə-gəncləri iştirak ediblər.
“AİESEC günü”adlı infostendin ATMU-da qurulmasında başlıca məqsəd beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, idarəetmə, maliyyə, insan resursları kimi sahələrdə diqqətçəkən bacarıqlarını üzə çıxarmaq, onların dinamik inkişafına təkan verməkdir.
Tədbir iştirakçıları marketinq menecerləri Cəmilə Neymatzadə, Muhammed Mikayılov, Aytac İbrahimli, Rufət Babayev tərəfindən “AIESEC”-in “Global Volunteer”, “Global Talent” və “Global Teacher” adlı təcrübə proqramları, o cümlədən yerli layihələr haqqında da ətraflı məlumat əldə ediblər.
ATMU_nun mətbuat xidmətindən bildiriblər ki, dünyanın 110-dan çox ölkə və müvafiq ərazisində fəaliyyət göstərən, sıralarında 36 mindən çox üzvü birləşdirən “AIESEC” təşkilatı planetimizin gənclər rəhbərliyindəki ən böyük təmsilçisi kimi dəyərləndirilir.
Z.HÜSEYNOVA
XQ