GYF-də Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

post-img

Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə fond rəhbərliyi və əməkdaşları tərəfindən kitab oxunub, oxunan kitablar barəsində məlumatlar verilib. Daha sonra Beynəlxalq Kitab Bağışlama Gününün tarixi, mahiyyəti və dünyada kitab oxuma statistikası, kitab oxumağın faydaları və metodlarından bəhs edilib.

Tədbirin sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fond əməkdaşlarına kitab hədiyyə edib.

 

Rizvan FİKRƏTOĞLU

XQ



Elm