Rusiyada orduya qara yaxanların əmlakı müsadirə olunacaq

post-img

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı bir sıra cinayətlərə, xüsusən də ordu haqqında saxta məlumatların yayılmasına görə müsadirə haqqında qanunu imzalayıb. Məlumatı “İnterfaks.ru” yayıb. 

Müvafiq sənəd çərşənbə günü hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub. Qanun müəllifləri Vyaçeslav Volodinin başçılıq etdiyi Dövlət Dumasının 395 deputatı olub.

Qanun Rusiya Federasiyasının təhlükəsizliyinin ziddinə cinayət fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə edilmiş və ya nəzərdə tutulmuş pulun, qiymətli əşyaların və ya digər əmlakın müsadirəsinə, habelə məhkəmənin qərarı ilə aşağıdakı cinayətlərə görə fəxri adlardan məhrum edilməyə imkan verəcək: Rusiya Federasiyasının Silahlı Qüvvələrindən istifadə haqqında bilərəkdən yalan məlumatların yayılması (Cinayət Məcəlləsinin 207.3-cü maddəsi); ekstremist fəaliyyətə çağırışlar (Cinayət Məcəlləsinin 280-ci maddəsi).

 

P.ƏMİRCANOV

XQ

Dünya