Adil Əliyev: Bu ritorika Ermənistana heç bir uğurlu nəticə vəd etmir

post-img

Fevralın 12-də baş verənlər birmənalı olaraq Ermənistanın sülhə əngəl siyasətindən əl çəkmək istəmədiyini ortaya qoyur və  xarici havadarları tərəfindən birmənalı məqsədyönlü  təxribatdır. 

Bu fikirləri XQ-yə Milli Məclis sədrinin müavini Adil Əliyev bidirib. 

Vitse-spiker qeyd edib ki, bu günlərdə Ermənistan baş naziri Paşinyanın davranışları, "The Telegraph" nəşrinə müsahibəsində aqressiv ritorikası da buna əsas verir. 

Hətta onun aqressiv ritorikasına Ermənistanın müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan da dəstək vermişdi və  Ermənistanın Fransa, Hindisdan kimi ölkələrdən silahlar idxal etməsi, ümumiyyətlə, silahlanma kursunu davam etdirməsi özünü ilkin olaraq bu şəkildə göstərdi. Görünür, araya çökən qısamüddətli sakitlik Ermənistanı qane etmir. Bu ölkə sanki məğlub olmaqdan həzz alır. 

MM spikerinin müavini bildirib ki, 2020-ci ildə baş verən Vətən müharibəsi, əslində, onlara bir dərs olmalıydı: “2023-cü il Xankəndi və ətrafında apardığımız uğurlu antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünü sübut etdi. Nəyin, hansı təhükəli ssnerarilərin ardınca getdiklərinin fərqinə varmalı, çirkin siyasətlərindən əl çəkməlidirlər. Əks halda Azərbaycanın böyük səbr göstərə biləcəyi günlərin çoxdan arxada qaldığını unutmamalıdırlar”.   

A.Əliyev Ermənistanı xarici havadarlarının dəstəyi və təhrikindən qaçmağa da çağırıb: “Xarici havadarlar üçün Ermənistanın gələcəyi maraqlı deyil. Onlar Cənubi Qafqazda özlərinə sosial dayaq yaratmaq, Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı geostrateji kartlar əldə etmək istəyirlər. Bu isə Ermənistan cəmiyyətinə, dövlətinə heç bir uğurlu nəticə vəd etmir.  Birmənalı olaraq qeyd etməliyik ki, baş vermiş hadisə sülh prosesinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına zərbədir. Bu barədə Ermənistan rəhbərliyi ciddi düşünməlidir”. 

Anar TURAN

XQ

Siyasət