ADPU-da Özbəkistan şairi Xasiyyət Rüstəmlə görüş keçirilib

post-img

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Filologiya fakültəsinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairi, "Şöhrət" medalı mükafatçısıı, "Kitab dünyası" qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmlə görüş keçirilib. 

ADPU-da baş tutan tədbiri giriş sözü ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova (Nağıqızı) açıb. O, Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixi köklərə malik olduğunu, bu gün də əlaqələrin yüksələn xətlə irəlilədiyini diqqətə çatdırılıb.  O,  həmçinin müəllifin Azərbaycanda çap olunmuş kitablarının, Azərbaycanla bağlı yaradıcılıq nümunələrinin geniş elmi ictimaiyyət tərəfindən də araşdırılmasının, elmi qiymət verilməsinin vacibliyini qeyd edib. 

Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək, Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusu üçün doğma olduğunu, onun yaradıcılığında Qarabağ mövzusunun xüsusi yer tutduğunu, ədəbi əlaqələrimizdə xidmətlərinin önəmli olduğunu vurğulayıb. 

Şair Xasiyyət Rüstəm universitetin professor-müəllim heyətinin suallarını cavablandırıb, ədəbi əlaqələrimizin inkişafı yolunda görülməsi vacib olan işlər istiqamətində fikir mübadiləsi aparılıb. 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxışı zamanı Xasiyyət Rüstəmin rəhbərliyi ilə nəşr olunan "Kitab dünyası" qəzetinin hər sayında Azərbaycan müəlliflərinin yaradıcılıq nümunələrinin çap olunduğunu, Xasiyyət Rüstəmin yaradıcılığında, fəaliyyətində Azərbaycanla bağlılığın çox parlaq olduğunu vurğulayıb. 

Tədbirin sonunda  professor, şair Mahirə Hüseynovaya (Nağıqızına), şair Əkbər Qoşalıya və fakültə dekanı Könül Həsənovaya "Kitab dünyası" qəzetinin fəxri diplomları təqdim olunub. Görüş xatirə fotolarının çəkilişi ilə yekunlaşıb.

Rizvan FIKRƏTOĞLU

XQ





Elm