“Qarabağ”ın U-15 komandasında yeni baş məşqçi

post-img

“Qarabağ” futbol klubuna yeni məşqçi təyinat alıb.

Vüqar Əsgərli bundan sonra Ağdam təmsilçisinin akademiyasında çalışacaq. O, klubun U-15 komandasının baş məşqçisi olacaq.  

Qeyd edək ki, son iş yeri I Liqa təmsilçisi “Şamaxı” olan Vüqar Əsgərli daha əvvəl 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisini çalışdırıb.

L. QURBANOVA, XQ

İdman