Cüdoçularımız Qran-pri yarışında mübarizəyə başlayırlar

post-img

Cüdoçularımız Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pri yarışında mübarizəyə başlayırlar. 

Bu gün 9 idmançı tatamiyə çıxacaq.

Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) qüvvəsini sınayacaq.

Yarış yanvarın 28-dək davam edəcək. 

L. QURBANOVA, XQ

İdman