İsrailli politoloq: İran Ermənistan üçün döyüşməyəcək

post-img

Azərbaycanla İran arasında münasibətlər pisləşə və yaxşılaşa bilər, lakin İran başa düşür ki, ölkəsinin şimalında on milyonlarla azərbaycanlı yaşayır. Bu halda, İran siyasi bəyanatlar versə də, müharibəyə girməyəcək, Ermənistan üçün vuruşmayacaq. Əksi İran üçün potensial təhlükədir. 

Bu fikirləri İsrail parlamentinin keçmiş deputatı, politoloq Aleksandr Tsinker erməni jurnalistlərlə söhbətində deyib.

Politoloq yaxın gələcəkdə İranla Azərbaycan arasında birbaşa hərbi toqquşmaların olacağına dair heç bir ilkin şərt görmür.

A.Tsinker, həmçinin qeyd edib ki, İran özü, demək olar ki, heç vaxt heç bir münaqişədə iştirak etmir, bunun üçün HƏMAS, Hizbullah və Husilər timsalında vəkilləri var.

Rizvan FIKRƏTOĞLU

XQ

Siyasət