Dünya Gənc Türk Yazarlar Birliyi ilə Başqırdıstan Yazıçılar Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

post-img

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 9-cu Beynəlxalq Bakı Kitab sərgisi çərçivəsində Başqırdıstan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Bu bardə XQ-yə Dünya Gənc Türk Yazarlar Birliyindən məlumat verilib.

Bildirilib ki, müqaviləni Başqırdıstan Yazıçılar Birliyinin sədri Aygiz Baymuhammedov və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar imzalayıblar. 

Müqaviləyə əsasən, 2024-cü ildə Azərbaycan yazıçıları Bolqarıstanda keçiriləcək "Kitap Bayram" kitab sərgisində iştirak edərək öz əsərlərini təqdim edə biləcəklər. 

 

Rizvan FİKRƏTOĞLU

XQ



Elm